Konfrans zalı

Otelimizdə konfrans zal fəaliyyət göstərir. Bu zalda 60 qonağı qəbul etmə imkanı yaradılmışdır. Konfrans zalımız müasir standartlara cavab verən işıqlandırma və səs sistemi ilə təmin edilmişdir. Burada xüsusi təqdimatların, tədbirlərin və digər toplantıların keçirilməsi üçün hər cür şərait vardır. Bundan əlavə təqdimat üçün böyük proyektor quraşdırılmışdır. Konfrans zalı yüksək sürətli internetlə təchiz edilmişdir. Elektrik enerjisinin verilməsində fasilələrin yaranmaması üçün otel UPS və elektrik generatoru sisteminə qoşulmuşdur.