Haqqımızda
«Royal Hotel» - 4 ulduzlu otel kompleksidir. Bu kompleksin layihəsi beynəlxalq standartlara uyğun qaydada tərtib olunub. Otel 2012-ci ilin mart ayında istifadəyə verilib. Otel gözəl fasadı olan, kaskad tipli, müasir, 4 mərtəbəli binadır. Otel hava limanından 20 dəqiqəlik məsafədə və şəhər mərkəzinə çox yaxın ərazidə yerləşir.
«Royal Hotel» biznes şəhərciyində yerləşdiyindən qonaqlar üçün əlavə üstünlüklər yaradır.
Otelin 42 müxtəlif tipli otaqları vardır. Bunlara standart və suite otaqlar aiddir. Otaqlar mini-bar, telefon, 40 kanallı LCD televizor, yüksək sürətli wi-fi internet şəbəkəsi, rahat və komfortlu yataq və oturma dəsti, saç qurudan, şəxsi rəqəmsal seyf, split tipli istimə-soyutma sistemi ilə təmin olunmuşdur.
Bundan əlavə qonaqlarımıza hava limanı transferi, şəhər və şəhər ətrafı turların təşkili, resepşn xidmətləri, otaq servisi, camaşırxana, ütü servisi, təmizlik xidməti və s. təqdim olunur.
Otelimizin birinci mərtəbəsində, xüsusi göz oxşayan, yerli və avropa mətbəxini təklif edən «Royal» restoran da 24 saat xidmətinizdədir.
Otelimizin önündə 24 saat video müşahidə kameralarıyla mühafizə olunan avtodayanacaq da fəaliyyət göstərir. Otelin yanğına və digər hallara qarşı müasir standartlara cavab verən siqnalizasiya sistemi, 24/7 kamera müşahidə sistemi və mühafizə xidməti də fəaliyyət göstərir.